23 yaşlı Bakı sakini qollarındakı tükü lazer epilyasiyası ilə təmizlətdirmək istəyərkən, kəskin yanıq xəsarətləri alıb.
Medicina.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb. O, proseduru həyata keçirən şəxsə gündən qaraldığını bildirsə də, "kosmetoloq” lazer etdirməyin heç bir fəsada yol açmayacağını qeyd edib. Halbuki mütəxəssislər günəşdə qaralmış dəriyə lazer epilyasiyası etdirməyin qadağan olduğunu bildiriblər.
Nəticədə 23 yaşlı qızın qolları yanaraq suluqlayıb və dəridə ləkələr yaranıb. Dəridəki iz və ləkələrin uzun müddət və tam aradan qalxmayacağı da pasiyentə əlavə stress yaşadıb. O, dərisi yandığına görə başqa həkimlərə getmək və müalicələr almaq məcburiyyətində qalıb.
Pasiyent həmin "kosmetoloq”u məhkəməyə verməyə hazırlaşır.