Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda qız burun əməliyyatından sonra komaya düşdü – Kəllə sümüyü çatlayıb

  • 2025.01.09 18:58
  • 623 Baxış
Bakıda  qız burun əməliyyatından sonra komaya düşdü  – Kəllə sümüyü çatlayıb

Bakıda məşhur həkimin əməliyyat etdiyi gənc qızın komaya düşməsi barədə şikayətlər paylaşılıb.

“Medicina” xəbər verir ki, tanınmış rinoplastika üzrə cərrah Sənan Mehtiyevin 3 yanvar 2025-ci ildə 28 yaşlı xanımda icra etdiyi əməliyyatdan sonra xəstədə ciddi ağırlaşma olub.


“Keyfiyyətsiz və səhv əməliyyat nəticəsində xəstədə kəllə sümüyündə çat yaranıb. Və bu çatdan xəstənin başına, beyninə meningit bakteriyası düşüb. Xəstə sepsis olub və 6 gündür komadadır.

Həkim səhlənklarlığını sübut edən bütün faktlar, sənədlər var. Bu artıq neçənci gənc qızdır ki, bu həkimin əməliyyatından sonra ölümlə çarpışır.
Buna baxmayaraq, o hələ də əməliyyatlara girir” –deyə paylaşımda xəstənin yaxınları bildirib. Onlar həkimdən müvafiq orqanlara şikayət etdiklərini də deyiblər.




Medicina.az