Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda qeyri-adi və sərfəli analiz - QULAQDAN QAN GÖTÜRÜLÜR

  • 2017.12.16 12:06
  • 39892 Baxış
Bakıda qeyri-adi və sərfəli analiz -  QULAQDAN QAN GÖTÜRÜLÜR
Qanın qaranlıq sahədə mikroskopik müayinəsi ən düzgün analiz növlərindən biridir. 


Medicina.az xəbər verir ki, bu üsulla müayinə Azərbaycanda yalnız Bioloji Təbabət Klinikasında həyata keçirilir. Əslində hər bir klinikada, heç olmazsa, bir mikroskopun olması arzuolunandır. Çünki bir sıra xəstəliklərdə laborator analizlərlə nəticə alınmayanda mikroskopla müayinə qaçılmaz olur. 


Bioloji Təbabət klinikasında bu müayinəni aparan həkim Əminə Bağırovanın Medicina.az-a verdiyi məlumata görə, bu metoda həm xəstələr, həm də profilaktika məqsədilə hər kəs müraciət edə bilər. Əsasən bu xəstəliklərdə xüsusilə qanın mikroskopik analizi mütləqdir:


-İstənilən xroniki xəstəliyi olanlar

-Allergiyalı şəxslər

-Bakterial və virus infeksiyalarından, xəstəliklərdən uzun müddət əziyyət çəkənlər

-Ürək-damar xəstəlikləri

-Mədə-bağırsaq xəstəlikləri

-Baş ağrıları, sümük, oynaq ağrıları

-Maddələr mübadiləsində pozğunluğu olanlar

-Şəkərli diabet xəstələri

-Qanazlığı olan insanlar

-Özündə hər hansı daxili narahatlıq olan şəxslər

-Xroniki yorğunluq və halsızlıqdan şikayət edənlər.

 

Картинки по запросу əminə bağırova


Hazırda bir çox avadanlıqlar, laborator imkanlar xəstəlikləri erkən mərhələdə tapmağa əsas verir. Lakin qanın qaranlıqsahəli müayinəsi və bu zaman həkimin qandakı dəyişiklikləri birbaşa görməsi və öz təcrübəsi, düşüncəsindən irəli gələn fikirləri heç bir texnika, avtomatik üsul əvəz edə bilmir.

 

Mikroskopik müayinə daha qədim analiz növüdür və bu gün də öndəgedən klinikaların hər birində olmalıdır. 


Bəzən xəstələr şikayətlərini, ağrılarını düzgün izah edə bilmədikdə, daha çox analizlər təyin olunur və analizlərdən sonra məlum olur ki, heç bu sahələrin analizi lazım deyildi. Həm də bu zaman diaqnoz və müalicə də düzgün olmaya bilər.


Qaranlıqsahəli mikroskopik analizdə pasiyent danışmasa belə onun qanı hər şeyi açıq izah edir. Bir damla qan peşəkar həkim baxışı altında sanki xəstəliklərin xəritəsinə çevrilir. 


Xroniki allergiyalarda da qanla analizdə səbəb tapılmır. Mikroskopik müayinədə allergik və xroniki xəstəliklər zamanı qanda baş verən keyfiyyət dəyişikliklərini asanlıqla aşkarlamaq mümkündür. 


Maraqlı məqam isə bundan ibarətdir ki, bu müayinə üçün qan qoldan yox, qulaqdan götürülür. Həkim bunu belə izah edib:


"Birincisi, mikroskop altında baxmaq üçün material damla şəklində olmalıdır. Ona görə venadan deyil, kapilyardan götürmək lazımdır. İkincisi qan axını aşağı olan nahiyədən götürülməlidir. Bu da insanın qulağının sırğalıq hissəsidir. Yalnız burda ən xırda kapilyarda olan qanın axıcılığını və müxtəlif toxumalardan qana tökülən yığıntıları aşkarlamaq mümkündür. Həm də sırğalıq hissəsində sinir ucluqları az olduğu üçün qanalma proseduru tamam ağrısızdır”. 


Həkim əlavə edib ki, mikroskopla işləmək çox əziyyətlidir: "Bu iş zaman və diqqət tələb edir. Bizim ölkədə qana ən çox həkim hematoloqlar baxır, onlar da cansız qanın boyanılmış yaxmasını müayinə edirlər. Bu müayinədə isə qana canlı şəkildə baxılır və qanın plazması, hüceyrələrində baş vermiş dəyişiklikləri izləmək mümkündür.


Bu analiz üçün heç bir yaş həddi yoxdur. Qısa müddətdə, tam ağrısız və özünüz həkimin yanında olmaqla bu vaxta kimi xəstəliklərinizin, narahatlıqlarınızın səbəbini tapa biləcəksiniz”.


Əgər illərdir xroniki xəstəliyiniz varsa və ya dərdinizi tapan düzgün analiz edə bilməmisinizsə, qanın mikroskopla qaranlıqsahəli analizi məhz sizə görədir.

 

Bu müayinə qiymətinə görə də çox münasibdir. Laboratoriyada bir neçə qan analizinə daha çox məbləğ xərcləndiyi halda, bu analizə minimal məbləğlə daha geniş cavab almaq olur”. 


Məlumat üçün bildirək ki, qanın qaranlıq sahədə mikroskopik müayinəsi 30 AZN-dir.