“Azərbaycan Dəmir Yolları” QSC Bakıda baş vermiş dəhşətli ölüm hadisəsi ilə bağlı açıqlama verib.
Medicina.az xəbər verir ki, dekabrın 14-də saat 08:30 radələrində Bakı Yük Stansiyasının Əhmədli sahəsində qatar hərəkətdə olarkən, maşinist yolun üstündə kəsilmiş naməlum kişi meyiti görüb və dərhal tormozlama apararaq qatarı dayandırıb:
“Təcili hüquq-mühafizə orqanlarına məlumat verilib.
İlkin məlumata görə, naməlum şəxs gecə saat 00:45-01:45 radələrində manevr işləri aparılarkən 25 vaqonluq qatarın 12-ci vaqonunun altından keçməyə cəhd göstərib. Bu zaman qatar hərəkət edib və o vaqonun təkərləri altında qalaraq həlak olub.