Xərçəng diaqnozu qoyulan qadının süd vəzisindən iri iynə çıxarılıb.
Bu barədə məlumatı Medicina.az-a onkoloq Rəna Abdullayeva verib. Onun sözlərinə görə, 60 yaşlı qadın sol süd vəzisində ağrı və bərkimə hiss etdiyində yerli poliklinikaların birinə müraciət edib. Həkimlər Xərçəng xəstəliyində şübhələndiryindən, onu Milli Onkologiya Mərkəzinə göndəriblər:
"O, bizdə USM və mammoqrafiya olundu. Sol süd vəzisində metallik yad cisim – iynə aşkarlandı. Məlum oldu ki, qadın yorğan – döşək sırımaqla məşğuldur. Döşək sırıyarkən iri iynənin süd vəzisinə keçməsindən xəbəri belə olmayıb.
Xəstə təcili əməliyyata alınaraq, iynə süd vəzisindən çıxarıldı.