Bakıda gözəllik salonunda kuryoz hadisə baş verib.
Bakupost.az xəbər verir ki, Aida Tağıyeva adlı qadın “Estelab Beauty” gözəllik salonuna gedərək, 2 600 manatlıq prosedurdan keçib. Lakin o, göstərilən xidmətin qarşılığı olaraq, həmin məbləği ödəməyib.
“Estelab Beauty” gözəllik salonunun sosial şəbəkə hesabında edilən paylaşımda bildirilir ki, həmin qadın onu məhkəməyə verə bilməyəcəklərini deyib:
"Məsələ ilə bağlı polisə müraciət etdik. Polis həmin qadını dərhal tanıdı. Bəlli oldur ki, bu qadın salonlara gedir və xidmətdən sonra pulu ödəmir, kassa qarşısında tamaşa göstərir. Təcrübəli fırıldaqçıdır. Bu paylaşımı ona görə edirik ki, gözəllik sahəsində çalışanlara ehtiyatlı olsunlar, aldanmasınlar”.