Bakıda klinikada ölüm hadisəsi baş verib.
Medicina.az xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində yerləşən "MedAura" klinikasında qeydə alınıb.
Həmin klinikada estetik əməliyyat olunan 1982-ci il təvəllüdlü Pərvanə Ağayeva anesteziya edildikdən sonra ölüb.
Hüquq-mühafizə orqanları tərəfindən hadisə yerinə baxış keçirilib.
Faktla bağlı araşdırma aparılır.