Böyrək çatışmazlığı olan xəstə orqan köçürülməsi ilə dializə son verib.
"Medicina" xəbər verir ki, transplantoloq Tariyel Nadirov xəstəyə donorun öz həyat yoldaşı olduğunu açıqlayıb.
Qadın həyat yoldaşına öz böyrəyinin birini bağışlayıb və onun sağlam yaşaması üçün hər ikisi əməliyyata giriblər. Əməliyyat uğurla nəticələnib.
"Vəziyyətləri tam normal olan ailə cütlüyünün donorunu bugün evə yola saldıq. Xəstəni isə yaxın günlərdə evə göndərməyi planlaşdırırıq. Orqan nəqli möcüzədir. Bu əməliyyatda əziyyəti keçən hər kəsə təşəkkürümü bildirirəm".
Aygün Musayeva