Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda pullu qulaqsındırma xidməti - Həkimdən xəbərdarlıq

  • 2024.12.10 17:18
  • 405 Baxış
Bakıda pullu qulaqsındırma xidməti  - Həkimdən xəbərdarlıq

Son günlər Azərbaycanda maraqlı və eyni zamanda təəccüblü bir tendensiya müşahidə olunur.


"Medicina" Bakupost.az xəbər verir ki, gənclər arasında "idmançı görünüşü" əldə etmək üçün qulaqlarını qəsdən zədələtmək dəbə çevrilib. Bunun üçün sosial şəbəkələrdə xüsusi səhifələr yaradılıb və burada qulaq qırma xidməti təklif olunur.

Sosial şəbəkələrdə bu "xidmət"i təklif edənlər, qulaqlarını qırdıqları şəxslərin videolarını paylaşaraq, yeni müştərilər cəlb etməyə çalışırlar. Qiymətlər isə olduqca "əlverişli"dir.

Bakupost.az -ın əməkdaşı bu "xidmət"i göstərənlərlə əlaqə saxlayıb, qiymətlərlə maraqlanıb. Əməkdaşımıza bildiriblər ki, bir qulağın qırılması 50 manat, hər iki qulağın qırılması üçün isə 100 manat ödənilir:

"Əgər qulaqlar əvvəllər hansısa şəkildə zədələnibsə, xidmətin qiyməti bir qədər də arta bilər".


LOR həkimi Elxan Zərgərov isə Bakupost.az-a açıqlamasında bildirib ki, qulağın bu cür sındırılması çox təhlükəlidir:

“Qulağı sındıranda içinə qan yığılır , qığırdaq qidalanmır və öz funksiyasını itirir. Nəticədə, çapıq əmələ gəlir. Bu, eşitməyə çox zərər vermir, amma çox təhlükəlidir.

Qulaq sındırılanda infeksiya keçə bilər, bu, hətta bəzən qulağın çürüməsiylə belə nəticələnə bilər. Mən bir çox ölkədə olmuşam, belə bir şeyi ancaq Azərbaycanda görürəm”.

Rəhman Mirzəlizadə,
BakuPost