Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda “popo böyütmə” əməliyyatı etdirən qadının bədəni bu hala düşdü – Yara cərrahından AÇIQLAMA - VİDEO

  • 2020.04.22 15:22
  • 13381 Baxış
Bakıda “popo böyütmə” əməliyyatı etdirən qadının bədəni bu hala düşdü  – Yara cərrahından AÇIQLAMA - VİDEO

Bakıda gənc qadın “Braziliya poposu” adı ilə tanınan liposaksiya əməliyyatı sonrası bədənin nekrozlaşmış, irinli yaralar əmələ gəlib.


Medicina.az xəbər verir ki, estetik cərrah irinin qarşısını almağa cəhd etsə də nəticə uğursuz olduğundan pasiyent yara mütəxəssisi həkim İsmayıl Əsgərova müraciət etməli olub.

Həkimin saytımıza verdiyi məlumata görə, xəstədə qarından alınan piy popo nahiyəsinə vurulduqdan sonra liposaksiya cihazının iynə yerlərində yaralar infeksiyalaşaraq, dəri nekrozlaşıb.

“ Pasiyentin yaralara özbaşına zəli qoyması isə problemi daha da gecikdirib. Müalicə məqsədilə məcbur olub həmin yaraların altından piyi bir qədər boşaltmalı oldum. Daha sonra xəstənin bir müddət gəliş-gedişi ilə yaralar cərrahi işləndi, infeksiyaya qarşı antibiotik müalicə yazıldı. 3 ay ərzində yaralar sağaldı”.

İsmayıl Əsgərov bildiirdi ki, bu kimi infeksiyalaşmış yara və nekrozların istənilən cərrahi əməliyyatlardan sonra olması dünyada belə normaldır, az da olsa rast gəlinir. Burda həkim səhvi, əməliyyatın ağır olması, bədənin, orqanizmin fərdi reaksiyası ola bilər.

“Bir neçə pasiyent olub ki, süd vəzidə əməliyyatdan sonra belə yaralarla müraciət edib. Qarında liposaksiya prosedurundan sonra da irinləmə baş verib. Biz bu pasiyentləri ilk olaraq əməliyyatı icra edən plastik cərraha yönəldirik.Çünki plastik cərrahlar bu problemlərlə daha incə və estetik məşğul ola bilər.

İrinli yaralarla məşğul olan cərrahlar bu yaralar üzərində işlədikdə bir qədər kobud müdaxilə olur, xaricən defekt qala bilər və ya estetik cərrahın əməyi itə bilər. Bu barədə pasiyentə məlumat verilir. Yox əgər, plastik cərrah vəziyyəti düzəldə bilmirsə, o zaman yara müalicəsi ilə məşğul olan cərraha müraciət olunur. Bu tip cərrahi müdaxilə isə dəridə və toxumada iz qoya bilər, amma pasiyentin xilası daha vacibdir”.