Bakı ərazisində yerləşən parklara insanların girişi artıq məhdudlaşdırılır.
Buna səbəb Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı əlavə tədbirlər haqqında məlumat yaymasıdır.
Belə ki, virusun yayılmasının qarşısını almaq üçün bir sıra addımlar atılır. Bu məqsədlə bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılır.
Qeyd edək ki, 29 mart, saat 00:00-dan etibarən Azərbaycan ərazisində xüsusi karantin rejimi gücləndirilir.