Bakıda özəl xəstəxanada mədəkiçiltmə əməliyyatı keçirmiş qadın pasiyent ölüb.
Medicina.az yerli mətbuata istinadən xəbər verir ki, fakt "Real Hospital”da qeydə alınıb.
1960-cı il təvəllüdlü Əliyeva Gülnar Cavad qızı mayın 20-də mədəkiçiltmə əməliyyatı etdirib. Mayın 26-da gecə 03:00 radələrində vəfat edib.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.