Bakıda “Nərgiz” klinikası barəsində də məhkəmə iddiası qaldırılıb.
Klinika İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tələblərini pozub.
Medicina.az xəbər verir ki. mərkəzdə sertifikasiyadan keçməyən şəxslərin tibb fəaliyyətinə buraxılmasına icazə verilib.
Klinika barəsində tərtib olunmuş cərimə protokolu Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Gültəkin Əsədovanın icraatına verilib. Məhkəmə iddianı təmin edərsə, tibb mərkəzini 8 min manatadək məbləğdə cərimə gözləyir.
Qeyd edək ki, son həftə ərzində eyni səbəbdən Bakıda bir neçə özəl klinikalar məhkəməyə verilib. Onların arasında Medera, İstanbul NS kimi xəstəxanalar var.