Bakıda özəl klinikada ölüm qeydə alınıb.
Medicina.az xəbər verir ki, hadisə oktyabrın 2-də Yasamal rayonunda yerləşən "Real Hospital"da qeydə alınıb.
Belə ki, 1976-cı il təvəllüdlü İsmayılov Bəxtiyar Ağaismayıl oğlu sentyabrın 30-da bağırsaq keçməzliyi diaqnozu ilə hospitala yerləşdirilib və əməliyyat olunub. Daha sonra o, həmin özəl klinikada dünyasını dəyişib.
Faktla əlaqədar Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.