Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda özəl klinikada ölən qızın meyiti ailəsinə verilmir - Anasından Mehriban Əliyevaya MÜRACİƏT

  • 2020.06.26 15:17
  • 5332 Baxış
Bakıda özəl klinikada ölən qızın meyiti ailəsinə verilmir   - Anasından Mehriban Əliyevaya MÜRACİƏT


Bakıda gənc qız xərçəng xəstəliyindən vəfat edib.

Medicina.az Oxu.Az-ın məlumattına görə, dünən Təbəssüm Məmmədova paytaxtda yerləşən “Bona Dea International Hospital”da ölüb.

Onun anası Elnurə Əsgərova videogörüntü yayaraq, iddia edib ki, xəstəxanaya vəsait ödəyə bilmədiyi üçün övladının nəşi ona vermir:

“Qızımın nəşini aparmaq üçün səkkiz min borcum qaldığı üçün onu vermirlər. Hər şeyimi satıb, borc almışam, qızımın meyitini 10 gün də orda saxlasalar, səkkiz mini tapıb gətirə bilməyəcəm”.

“Bona Dea International Hospital”dan bildirilib ki, məsələ barədə ictimaiyyətə məlumat veriləcək.