Bakıda özəl klinikalardan birində rinoplastika - burun əməliyyatı zamanı ölüm faktı qeydə alınıb.
Medicina.az xəbər verir ki, Yasamal rayon prokurorluğunun məlumatına görə, hadisə
"Uniklinika" adlı özəl klinikada baş verib. Belə ki, avqustun 13-ü saat 19:00-da əməliyyat zamanı 2003-cü il təvəllüdlü paytaxt sakini Xurşudov Mirəhməd Ağasəf oğlu ölüb.
Hazırda Yasamal rayon prokurorluğu faktla bağlı araşdırma aparır.
Klinika əməliyyatın hansı həkim tərəfindən icra edildiyi və xəstənin nə səbəbdən ölməsi barədə açıqlama vermir.