Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda orda məktəbdə kütləvi zəhərlənmə

  • 2023.04.18 17:59
  • 1456 Baxış
Bakıda orda məktəbdə kütləvi zəhərlənmə

Bakıda 149 saylı məktəbin şagirdləri arasında kütləvi zəhərlənmə olub.

"Medicina" xəbər verir ki, aprelin 18-də məktəbdə 15 şagird özlərini narahat hiss edib:

"Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardıma məlumat verilib və şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırılıb.

Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib. Müvafiq müayinələrdən və tibbi prosedurlardan sonra şagirdlərin ümumi vəziyyətinin qənaətbəxş olduğu bildirilir".

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında bildirib ki, xəstəxanaya 14 şagird gətirilib:

“Hazırda onlar təcili yardım şöbəsindədilər. Vəziyyətləri ağır deyil, həkimlərin nəzarətindədirlər. Həyati təhlükələri yoxdur”.