Paytaxtda bu gün çəkisi 6 kiloqram, boyu 56 santimetr olan uşaq doğulub.
Medicina.az xəbər verir ki, 37 həftəlik dünyaya gələn körpəyə anası Murad adını verib. Hazırda körpənin sağlamlığı ilə bağlı heç bir problem yoxdur.
Neonatoloq Vəfa Hacıyevanın sözlərinə görə, ağırçəkili doğulan uşaqlar üçün nəzərdə tutulmuş müayinələrdən, əsasən də ürək yoxlandıqdan sonra körpə evə yazılacaq. /baku.tv/