25 nömrəli məktəbdən müəllimin valideynlə mübahisədən sonra ölməsi iddiası ilə bağlı açıqlama verilib.
Medicina.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Xeyransa Karakova ürək çatışmazlığı səbəbindən dəfələrlə xəstəxanada müalicə alıb. Fevralın 24-də evində halı pisləşərək xəstəxanaya yerləşdirilən X.Karakova fevralın 26-da orada dünyasını dəyişib:
“Rəhmətə gedən müəllimin vəfatı səbəbi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Allah rəhmət eləsin, məktəbin kollektivi adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.