Bakıda məktəblinin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
"Medicina" xəbər verir ki, 2008-ci il təvəllüdlü Tunar Rəşad oğlu Bayramovu yaşadığı mənzildə ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. Nəticədə yeniyetmə həyatını itirib.
Qeyd edək ki, hadisə yerində dünyasını dəyişən yeniyetmə Biləsuvarın Ağalıkənd kəndinin sakinidir.