Bakı məktəblərindən birində faciəli hadisə baş verib.
Bakupost.az -ın məlumatına görə, Səbail rayonu, Badamdar qəsəbəsindəki 329 saylı məktəbdə təhsil alan şagirdlərdən biri sinif yoldaşı N.M-nı bıçaqlayıb. O, başından, döş qəfəsindən və əlindən xəsarətlər alıb.
Bıçaqlanan şagird təcili xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin necə olduğu açıqlanmır. Əlavə məlumat verəcəyik.
***
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Bakupost.az -a faktı təsdiqləyiblər. Bildiriblər ki, dekabrın 4-də Bakı şəhəri 329 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı (saat 12:10 radələrində) X sinif şagirdi digər şagirdə (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) qəfildən kəsici alətlə xəsarət yetirib.
Xəsarət alan şagirdə müvafiq tibbi yardım göstərilib, dərhal təcili-tibbi yardıma və şagirdlərin valideynlərinə məlumat verilib:
"Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, müvafiq araşdırmalara başlanılıb. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.
İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur".
Elnur, BakuPost