Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində ölüm faktı qeydə alınıb.
"Medicina" xəbər verir ki, orada cəza çəkən Rasim Təmraz oğlu Mustafayev dünyasını dəyişib.
Onun xəstəlikdən öldüyü bildirilir.
2024-cü il ərzində Bakı həbsxanalarında 37-ci ölüm hadisəsidir. /lent.az/