Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda mədəkiçiltmə əməliyyatı olunan qız öldü

  • 2024.06.07 13:50
  • 1291 Baxış
Bakıda mədəkiçiltmə əməliyyatı olunan  qız öldü
Bakıda cərrahi əməliyyat keçirmiş 29 yaşlı qız evə buraxıldıqdan sonra ölüb.

Medicina.az qafqazinfo-ya istinadla xəbər verir ki, paytaxt sakini 1995-ci il təvəllüdlü Ülkər Fərzani bir neçə gün əvvəl özəl klinikalardan birində mədəkiçiltmə əməliyyatı olunub.

O, daha sonra evə buraxılıb, lakin dünən Sabunçu rayonu Bakıxanov qəsəbəsində yaşadığı evdə mədəsində baş vermiş qanaxma səbəbindən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.