Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda kütləvi zəhərlənmə - 1 ailədən 4 nəfər xəstəxanalıq oldu

  • 2019.11.29 09:46
  • 5111 Baxış
Bakıda kütləvi zəhərlənmə -  1 ailədən 4 nəfər xəstəxanalıq oldu
Bakıda 1 ailənin 4 üzvü zəhərlənib.


Medicina.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsi, 5-ci Şimal küçəsində yerləşən fərdi yaşayış sahəsində baş verib: "Bir ailənin 4 üzvünün zəhərlənməsi barədə məlumat Təcili Tibbi Yardıma saat 22:27 də daxil olub.

 

Ünvana gələn Təcili Tibbi Yardım briqadasının həkimləri evdən 11 və 16 yaşlı qızları, onların 37 yaşlı anasını və 59 yaşlı nənəsini götürüblər. Azyaşlılar 2 saylı uşaq xəstəxanasına, ana ilə nənə isə Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Həkimlərlə söhbət zamanı xəstəxanaya çatdırılanlar istifadə müddəti bitmiş yağ yemələrini bildiriblər. Hal hazırda müalicələri davam edir.

 

Səhər saat 09:07 üçün 2 saylı uşaq xəstəxanasından aldığımız məlumata görə qızlara lazımı tibbi yardım göstərilib, həyatları üçün təhlükə yoxdur. Müalicələri bitdikdən sonra yaxın günlərdə evə yazılacaqlar. Kliniki Tibbi Mərkəzdə olan ana ilə nənə isə ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıblar".