Bakıda “Korvalol” və “Valerian” tapılmır - Apteklərdəki VƏZİYYƏT

  • 2021.07.08 14:48
  • 3183 Baxış
Bakıda “Korvalol” və “Valerian” tapılmır -  Apteklərdəki VƏZİYYƏT
Bakıda müxtəlif ərazilər üzrə fəaliyyət göstərən apteklərdə son zamanlar “Valerian” və “Korvalol”sakitləşdiricilərini tapmaq müşkül hala çevrilib.

Medicina.az xəbər verir ki, bu barədə Axar.az-a daxil olan vətəndaş şikayətində bildirilib.

Məsələ ilə bağlı apteklər arasında sorğu keçirildi.

“Zəfəran” apteklər şəbəkəsindən bildirildi ki, “Korvalol” bir müddətdir Azərbaycana gətirilmədiyi üçün depoda da yoxdur. Qeyd edilib ki, aptekdə “Valerian” da yox idi, lakin hazırda var.

“Elit” apteklər şəbəkəsindən də hazırda “Valerian” olduğu vurğulandı. “Korvalol” isə yoxdur.

“Çeburaşka” aptekindən bildirildi ki, gündəlik az sayda “Valerian” və “Korvalol” gəlir və tez zamanda satılır.

“Həyat” apteklər şəbəkəsindən uzun müddətdir “Valerian”ın olmadığını, lakin dünəndən etibarən gətirildiyi qeyd edildi. “Korvalol” isə ümumilikdə ölkədə heç bir yerdə yoxdur.