Ölümcül koronavirusla bağlı apteklərdə xəstəlikdən qorunma yolları ilə bağlı məlumat lövhələri yerləşdirilib.
Medicina.az axar.az xəbər verir ki, məlumatda koronovirusdan qorunmağın yolları göstərilib.
Məlumat lövhəsində qeyd edilib ki, sabunla 20 saniyədən az olmamaq şərtilə əlləri yumaq lazımdır. Çirkli əllərlə gözə, buruna, ağıza toxunmaq olmaz. Əlləri gün ərzində dezinfeksiya edici vasitələrlə (spirt, xlorheqsidin, antibakterial solfet) silmək tövsiyə edilib.
Asqıran və öskürən insanlardan qaçmaq, qoruyucu vasitələrdən istifadə etmək mütləqdir. Məlumat lövhəsində qeyd edilib ki, otağın havasını tez-tez dəyişmək lazımdır.
Həmçinin qeyd edilib ki, bədən temperaturu 38 dərəcədən yüksək olduğu təqdirdə həkimə müraciət etmək vacibdir.