Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda koronaviruslu xəstələri lüt vəziyyətdə kim çəkib ? - ARAŞDIRMA APARILIR

  • 2020.06.08 14:48
  • 2668 Baxış
Bakıda koronaviruslu xəstələri lüt vəziyyətdə kim çəkib ?   -  ARAŞDIRMA APARILIR

Sosial şəbəkələrdə koronavirusa yoluxan xəstələrin görüntüləri reanimasiyadan yayılıb.

Görüntülərdə xəstələrin üzləri, iki xəstənin isə lüt bədəni açıq -aşkar görünüb. Peşə və xəstə hüququ baxımından xəstənin xəbəri olmadan belə görüntülərinin yayılması əslində qanuna ziddir.

Yaşlı qadınnın süni tənəffüs aparatında çılpaq bədəninin açıq-aşkar düşməsi isə izləyicilər və həkimlər tərəfindən narazılıqla qarşılanıb.

Medicina.az xəbər verir ki, məsələ ilə bağlı TƏBİB rəsmiləri araşdırma aparır.

Məlum olub ki, həqiqətən görüntülər koronaviruslu xəstələrin müalicə aldığı şöbədən çəkilib. Xəstəxana işçilərindən kimsə koronavirusun mövcud olmasını və xəstələrin vəziyyətini inanmayan insanlara göstərmək üçün onları çəkərək, üzlərini bağlamadan montajsız sosial şəbəkələrə yayıb.

TƏBİB bundan sonra xəstəxanada çalışan tibbi heyətə xəstələri çəkməyi qadağan etdiyini və bu görüntüləri çəkənin araşdırılıb üzə çıxarılaraq töhmət və xəbərdarlıq ediləcəyini bildirib.