“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri koronavirusla bağlı təhlil aparmaq üçün Azərbaycana gəlib”.
Medicina.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyində koronavirus pandemiyasına (COVID-19) qarşı Azərbaycan hökumətinə cavab və hazırlıq tədbirləri ilə bağlı dəstək göstərmək üçün gəlmiş missiyanın yekunlarına dair keçirilən mətbuat konfransında ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
O bildirib ki, ekspert qrupu Azərbaycan hökumətinin dəvəti əsasında gəlib:
“Altı nəfər gəlib. Bir həftə içində detallı hesabat hazırlanıb və Azərbaycan hökumətinə təhvil veriləcək”.