Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda koronavirusa yoluxmanın ən çox baş verdiyi yer açıqlandı - FOTO

  • 2020.06.29 10:18
  • 5248 Baxış
Bakıda koronavirusa yoluxmanın ən çox baş verdiyi yer açıqlandı  -  FOTO

Paytaxt Bakıda ən çox COVID-19-a yoluxma halı qeydə alınan rayonun adı dəyişib.

"BakuPost"un "koronavirusinfo.az"ya istinadla verdiyi məlumata görə, ölkə üzrə ümumi yoluxmanın 53,4% Bakının payına düşür.

Bakının rayonlarına gəlincə, ən yüksək göstərici Binəqədidədir - 12,9%.

Yoluxma sayına görə, lider olan yasamal ikinci pillədə qərarlaşıb. - 16,6%. Növbəti yerlərdə isə 11,9%-lə Xətai, 11,8%-lə Sabunçu, 10,7%-lə Nəsimi, 9%-lə Suraxanı, 8,6%-lə Nərimanov, 8,1%-lə Nizami, 5,5%-lə Qaradağ, 4,5%-lə Səbail, 4,1%-lə Xəzərdə, 0,3%-lə Pirallahı gəlir.

Qeyd edək ki, bugünədək Azərbaycanda ümumilikdə 16 424 nəfər virusa yoluxub. Onlardan 9 026 nəfəri sağalıb, 198-i isə dünyasını dəyişib. Aktiv xəstələrin sayı 7 mindən çoxdur.