Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda ən çox yoluxma Binəqədi rayonundadır

  • 2020.10.05 17:15
  • 2090 Baxış
Bakıda ən çox yoluxma  Binəqədi rayonundadır

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.

Medicina.az xəbər verir ki, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.

Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.3 faiz, Xətaidə 12.4 faiz, Yasamalda 11.8 faiz, Sabunçuda 11.6 faiz, Nəsimidə 8.8 faiz, Nərimanovda 8.2 faiz, Suraxanıda 8.0 faiz, Qaradağda 7.5 faiz, Nizamidə 7.1 faiz, Xəzərdə 5.3 faiz, Səbaildə 4.7 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.