Azərbaycanın tanınmış həkimlərindən biri, uroloq - androloq Nazim Nəzərov vəfat edib.
“Medicina” xəbər verir ki, Nazim Nəzərov «UltraMed» Tibb Mərkəzinin baş həkimi, Türk Dünyası uluslararası Beynəlxalq Elmlər Akademiyasının Fəxri professoru, ali dərəcəli seksoloq idi.
O, uzun müddət doğulduğu Yardımlı rayonunda rayon Mərkəzi Klinikasının baş həkimi kimi də çalışıb.
2009-cu ildə Birləşmiş Millətlər Təşkilatının “I dərəcəli Hippokrat ordeni” ilə təltif edilmişdir.
Əldə etdiyimiz məlumata görə, 67 yaşlı həkim xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Allah rəhmət eləsin!
Ali dərəcəli həkimin Azərbaycanda ölməsi fenominal bir hadisədir,inanılası deyil,böyük dərddir,buna dözmək olarmı?Təcili 3 günlük mətəm elan edilsin,yoxsa mitinq edəcəyik!!