Bakıda bir nəfər dərmandan zəhərlənərək ölüb.
Hadisə aprelin 28-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.
Orada yaşayan 1986-cı il təvəllüdlü Vyaçeslav Kaliniçenko 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib və həmin gün axşam orada da ölüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğu araşdırma aparır. Həmin şəxsin intihar etməsi istisna deyil.