Bakıda 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu itin hücumuna məruz qalıb.
Hadisə paytaxtın Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib.
İt uşağın yanaq nahiyəsini parçalayıb. İt quduz olduğu üçün uşağı dişləyən kimi ölüb.
Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da 1 saylı Klinik xəstəxanaya aparılıb.
H. Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib.
(unikal.org)