Bakıda iranlı həkim döyülüb.
Medicina.az Apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə
alınıb. İran vətəndaşı, 1969-cu il təvəllüdlü Kazımi Behram Əli oğlu
Yasamal rayon Polis Şöbəsinə müraciət edərək ötən gün həkim işlədiyi
"Starmed” klinikasında Bakı şəhər sakini 1945-ci il təvəllüdlü Xəlil
Musayev tərəfindən döyüldüyünü bildirib.
Faktla bağlı araşdırma aparılır.