Bakıda internat məktəbində ölüm hadisəsi olub.
Medicina.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən ruhi-əsəb internatında qeydə alınıb.
7 yaşlı Vəliyeva Svetlana Vüqar qızı qəflətən dünyasını dəyişib.
Onun hansı səbəbdən öldüyü hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.