Yüksək miopatiyası və astiqmatizmi olan bəzi xəstələrdə ekzimer lazer əməliyyatı vasitəsilə eynəkdən qurtulmaq mümkün deyil. Həmin xəstələri ən müasir üsulla xüsusi linzalardan istifadə edərək eynəklərdən azad etmək olur. Bu, çox unikal bir əməliyyat sayılır.
Medicina.az xəbər verir ki, yanvarın 14-də Bakıda “Caspian International Hospital”ın təşəbbüsü və Türkiyənin İzmir şəhərindəki Kaşkaloğlu Göz Xəstəxanasının oftalmoloqlarının iştirakı ilə ilk dəfə olaraq keçirilən “Xəzərin gözü” seminarında “Caspian International Hospital”ın oftalmoloq-cərrahı Cahid Şahbazov yüksək nömrəli eynəklərdən istifadə edən, ekzimer lazer əməliyyatlarına uyğun olmayanlar üzərində müasir linza əməliyyatlarına dair fikir mübadiləsi aparıb.
Türkiyəli oftalmoloq-cərrah, professor Mahmud Kaşkaloğlunun moderatorluğu ilə keçirilən seminarda azərbaycanlı oftalmoloq-cərrah son bir ildə multifokal linzaların implantasiyasından sonra əldə olunan nəticələrin hesabatını təqdim edib.
Seminarda Türkiyənin Ege Universitetinin professorları Mahmut Kaşkaloğlu “Multifokal linzalarda xəstə seçimi və əməliyyatdan sonrakı idarəetmə”, Tansu Erakgün “Vitreoretinal cərrahiyyədə yeniliklər”, İzmirdəki Kaşkaloğlu Göz Xəstəxanasının oftalmoloq-cərrahı Bilgehan Sezgin Asena “ICL implantasiyası üçün göstərişlər, texniki və əməliyyatdan sonrakı idarəetmə” və “Caspian International Hospital”ın oftalmoloq-cərrahı Cahid Şahbazov “Qlaukomanın erkən diaqnostikası. Hədəf GDT. Müasir beynəlxalq tövsiyələrə uyğun yanaşma” məruzələri ilə çıxış ediblər.
Seminarda cərrah-oftalmoloq Cahid Şahbazov canlı yayımda göz daxilinə linza yerləşdirilməsi əməliyyatını yerinə yetirib.
Sonra oftalmoloqları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edilib ki, gələcəkdə seminarın ənənəvi olaraq keçirilməsi nəzərdə tutulur.
Azerbaycanda qeribe tendensiya yaranib, ozel klinikalar tibbin "avanqardi" "lokomotivi" funksiyasini oz uzerlerine goturmek ambisiyasi ile hereket edirler. Bu tibbin butun sahelerine aiddir, Hani bu toplantida Tibb Universitetinin Oftalmoloqlari, Hormetli professorlarimiz, Elmi Tedqiqat Goz xestelikleri institutu. Reklam xarakterli hereketlerdir bunlar. Hem de hormetsizlikdir tibbi ictimayete. Yeni il verilishlerinde hekimler adindan soz demeye devet edirler ozel xestexana hekimlerini. Ora Ehliman Amiraslanovu, Surxay Hadiyevi, Cerkez Ceferovu, 50 ildir Azerbaycan Sehiyyesinin keshiyinde duranlari devet etmek lazimdir, Yeni texnologiyalara yiyelenmek. marketologiyaya, kommersiyalashmaga uz tutmaq o demek deyildir ki, Sehiyye veteranlarini Muellimlerimizi saymayaq. Vaxt gelecek hemen sheyler bele fealiyyet gosterenlerin de qarshisina chixacaq. Muellimlerimizin elini operek devet etmek lazimdir/