Ölkəmizdə səhiyyə sahəsində əsası Ümumilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilən islahatlar bu gün də möhtərəm Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Cənab Prezident tərəfindən verilən Sərəncam və tapşırıqlara əsasən tikilib istifadəyə verilən, yenidən qurulan səhiyyə ocaqları ölkə səhiyyəsinin inkişafının ən yüksək səviyyədə davam etdiyini göstərir.
Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsi daim diqqət mərkəzindədir.
Ölkə rəhbərliyinin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə xidmətin səviyyəsinin yüksəlməsinə imkan yaradır. Artıq Azərbaycanda ən bahalı tibbi xidmətlər tibbi sığorta ilə vətəndaşlara pulsuz icra edilir.
"Medicina" xəbər verir ki, Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycanda Sağlamlıq günləri çərçivəsində 16-17 sentyabr 2023-cü ildə ilk Artroplastika Konfransı keçirildi.
TUİB təşkilatçılığı ilə keçirilən tədbirdə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi, TƏBİB, İSİM kimi dövlət qurumları da iştirak edirdi.
Elmi Konfransın açılış mərasimində Milli Məclisin Səhiyyə Komitəsinin sədri,milət vəkili Əhliman Əmiraslanov, Səhiyyə Komitəsinin digər üzv millət vəkilləri, TƏBB sədrinin müavini, Türkiyə İş Adamları İctimai birliyinin sədri, Türkiyəli professor Mehmet Binnet çıxış ediblər.
Onlar Artroplastika üzrə dünyada, Türikiyədə, Azərbaycanda son vəziyyət, bu sahənin inkişafı, icbari tibbi sığortanın dəstəyi ilə əməliyyatların keçirilməsi mövzusunda çıxış edib, eləcə də ümumilli lider Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafında rolundan danışıblar.
Tədbirin baş sponsorlarından olan Badam Medical Center ayrıca stendlə təmsil olunurdu.
Konfransın ilk günü professor Eldar Abbasov, türkiyəli professor Mehmet Serdar Binnetin moderatorluğu ilə Azərbaycan və Türkiyə həkimləri Artroplastikada təməl mövzular və yeni metodlar barədə elmi çıxışlar etdi.
Konfransa 250-dən çox travmatoloq, fizioterapevt və digər yaxın ixtisasların həkimləri iştirakçı qismində qatılıb.
Toplantının 2-ci günündə "Badam medical center"də bir pasiyentə təkrar diz implantının qoyulması əməliyyatı konfrans iştirakçılarına canlı nümayiş etdirilib.
İştirakçılar əməliyyat ərzində suallarını verə bldilər. Əməliyyatı ortoped-travmatoloq Professor Kərəm Başarır və"BADAM MEDİCAL CENTER"-in travmatoloqu Uzman doktor Azər Əlizadə icra edib.
Aygün Musayeva
Medicina.az