QİÇS infeksiyasına daha çox Şirvan, Hacıqabul, Sumqayıt, Astara, Lənkəran, Masallı, Yevlax bölgələrində rast gəlinir.
"Medicina" xəbər verir ki, bunu QİÇS-lə Mübarizə Gününə həsr edilmiş dəyirmi masada Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.
F.Məmmədov qeyd edib ki, Bakıda hər 10 min nəfərdən 7,9 faizi bu xəstəliyə yoluxur:
"Bu kifayət qədər yüksək göstəricidir. Yoluxma mənbəyi ərazi olaraq qiymətləndirilir. Bölgələrdə xəstəliyin aşkar edilməsi istiqamətində laboratoriyalarımız mövcuddur".