Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasının 7, 8 və 9 saylı köməkçi yardım stansiyalarında iş dayanıb.
Medicina.az xəbər verir ki, tibb işçilərinin Unikal.org-a verdiyi xəbərə görə bir neçə aydır ki, COVID-19 virusuna görə almalı olduqları əlavə ödənişlər verilmir.
Bir neçə dəfə rəhbərliyə müraciət edən səhiyyə işçiləri yekunda çıxış yolunu kütləvi şəkildə etiraz edərək işi dayandırmaqda görüblər.
Əlavə məlumat veriləcək.