Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda havanın çirklənməsi xeyli azalıb - Monitorinqin nəticəsi

  • 2020.03.19 16:41
  • 1313 Baxış
Bakıda havanın çirklənməsi xeyli azalıb  - Monitorinqin nəticəsi

Koronavirusa görə Bakıda havanın çirklənməsi azalıb


Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə növbəti monitorinq 18-19 martda keçirilib.

Medicina.az xəbər verir ki, Bakı və Abşeron yarımadasında keçirilən monitorinqlər havanın çirklənməsinin ötən günlərlə müqayisədə yetərincə azaldığını göstərib. Havada azot, karbon və kükürd oksidlərinin, eləcə də toz hissəcikləri və karbohidrogenlərin miqdarı xeyli aşağı düşüb. Bunu jurnalistlərə Nazirliyin şöbə müdiri Rasim Səttarzadə bildirib.

“Havanın təmiz olmasına səbəb son günlər paytaxtda nəqliyyat vasitələrinin hərəkətinin azalması və ictimai-iaşə obyektlərinin fəaliyyətlərinin məhdudlaşdırılmasıdır”.

Nazirliyin şöbə müdiri qeyd edib ki, son üç gündə ölkə ərazisində şimal, şimal-qərb küləyinin əsməsi və əlverişli nisbi rütubət də çirkləndirici qaz qarışıqlarının intensiv səpələnməsinə şərait yaradıb və havanın keyfiyyətinə müsbət təsir edib. Bu gün səhər saatlarında havada oksigenin miqdarı da nəzərəçarpacaq dərəcədə artıb.