Dünən Bakıda əsən güclü külək bir sıra fəsadlar törədib, bir neçə nəfər ağır bədən xəsarəti alıb.
Bakupost.az -ın məlumatına görə, iyulun 28-də Bakı sakini 1994-cü il təvəllüdlü Nizami Hacızadənin başına Cavadxan küçəsində yerləşən “Oba” marketin reklam lövhəsi düşüb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. İlkin tibb yardımdan sonra evə buraxılıb.