Bakıda intihar hadisəsi qeydə alınıb.
Medicina.az xəbər verir ki, Xətai rayonu Yusif Səfərov küçəsində yaşayan 1993-cü il təvəllüdlü N.Həsənova özünü mənzildə zəhərləyib. O, intihar məqsədilə çoxsaylı dərman həbləri qəbul edib.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan 29 yaşlı N.Həsənova tibbi müdaxiləyə baxmayaraq vəfat edib.
Xətai Rayon Prokurorluğunda araşdırmaya başlanılıb.