Bakıda 29 yaşlı qadın doğuşdan sonra ölüb.
Medicina xəbər verir ki, News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Səbail rayonu Bayıl qəsəbəsində yerləşən 5 saylı Doğum Evində baş verib. 1993-cü il təvəllüdlü Ellazova Aygül Sahib qızının vəziyyəti doğuşdan sonra kəskinləşib və o, vəfat edib.
Hadisənin həkim səhlənkarlığı ucbatından baş verdiyi bildirilir.
Hadisə ilə bağlı Səbail Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Qeyd edək ki, qadının i dünyaya gətirdiyi körpəsinin səhhəti normaldır.