Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda gənc bıçaqlandı - 6 saat əməliyyatda qaldı

  • 2017.09.07 10:41
  • 12735 Baxış
Bakıda gənc bıçaqlandı -  6 saat əməliyyatda qaldı
Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.


1988-ci il təvəllüdlü Səmədov Telman Mehman oğlu 5-ci massiv adlanan ərazidə naməlum şəxs tərəfindən bıçaqlanıb.


O, ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, T.Səmədovun üzərində 6 saat tibbi cərrahi əməliyyat aparılıb. Hazırda onun vəziyyəti sabit-ağır kimi qiymətləndirilir.


Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.