Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Stimul Hospital”la bağlı sensasion iddialar – HƏKİM ELƏ ŞEYLƏR AÇIQLADI Kİ…

  • 2019.06.19 20:04
  • 70686 Baxış
“Stimul Hospital”la bağlı sensasion iddialar –  HƏKİM ELƏ ŞEYLƏR AÇIQLADI Kİ…
Bakının Sabunçu rayonunda yerləşən "Stimul Hopsital”la bağlı sensasion iddialar yayılıb. 


Medicina.az xəbər verir ki, klinika barədə şok iddialarla elə həmin tibb müəssisəsində işləyən Umud Xəzəroviç adlı həkim yazıb.

 
Həkim bildirib ki, işlədiyi klinika gördüyü ən səviyyəsiz idarəetməsi olan qurumdur: "Stimul Hospital” mənim gördüyüm və sizin də görüb-görəcəyiniz ən səviyyəsiz idarəetmə üsulu olan xəstəxanadır. Siz təsəvvür edin ki, qanunla qadağan olunmasına rəğmən palatalara belə kamera yerləşdirilib. Heç bir həkim burda daimi qala bilmir. Gecə növbələrində işləyən həkimin istirahət otağı yoxdur. Yayın cırhacırında kondisioneri işləməyən və pəncərəsi açılmayan dar otaqda, divanda dincəlməyi tələb edirlər”.  
 Həkimin iddiasına görə, klinikada istifadə olunan dərmanların keyfiyyəti çox aşağı olur: "Dərmanları hardan alırlarsa, keyfiyyəti və təbii ki, təsiri aşağı olur. Hər şeyi də qramla verirlər. Xəstə altı bezdən tutmuş, xəstənin yeməyinə qədər hər şey çox qısıtlı olur. Mənə hər dəfə irad tutulur bəzi məsələlərə görə. Məsələn, niyə xəstənin təzyiqini aşağı salmaq olmur. Xəstə yaxının yanında deyə bilmirəm ki, xəstənin daimi istifadə etdiyi təzyiq dərmanı yoxdur klinikada, əlimin altındakı dərmanlar da istifadə etmişəm, effekt vermir. İndi də deyirlər ki, get saunaya oxşar otaqda otur. Təbii ki, rədd cavabı verdim. Ən azından ona görə ki, belə bir şeyi qəbul etmək özünə, həkim adına hörmətsizlikdir”.

 

 

U.Xəzəroviçin sözlərinə görə, klinikada Vİp palata kimi təqdim olunan otaqlarda da biabırçı vəziyyət hökm sürür: "VİP palata dedikləri otaqda sadəcə divan artıqdır. Hamam-tualet isə təbii ki, yoxdur VİP palatalarda”.

 

 

Həkim sonda insanlara da müraciət edib: "Xəstəlik imkan verməyin sizə yaxın gəlsin, amma şayət, xəstələnsəniz, burdan uzaq durun. Xəstə yoxluğuna görə bizi işdən çıxarsalar da olar. Xəstənin yanında üzü qızarmaqdan daha yaxşıdır. Reanimasiyanın şöbə müdirinin aylıq maaşını kəsiblər ki, ancaq xəstə olan vaxtların pulunu verəcəyik”.

 

 
Klinikanın mövqeyini dərc etməyə hazırıq.
“Stimul Hospital”la bağlı sensasion iddialar –  HƏKİM ELƏ ŞEYLƏR AÇIQLADI Kİ…