Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda əkizlərin biri təbii, digəri əməliyyatla doğuldu

  • 2022.10.12 15:59
  • 2393 Baxış
Bakıda əkizlərin biri təbii, digəri əməliyyatla doğuldu

Bakıda əkizlərə hamilə olan qadının körpələrindən biri normal doğum, digəri isə keysəriyyə üsulu ilə dünyaya gəlib.

"Medicina" xəbər verir ki, bu barədə uzman ginekoloq Nərmin Qəribova məlumat verib.


"Mənim təcrübəmdə ilk, lakin tibbdə baş verməsi mümkün ola biləcək bir halla qarşılaşdıq. Əkizlərdən biri normal doğum, digəri isə keysəriyyə yolu ilə doğuldu".


Hamiləliyinin 36 həftə 4 günlüyündə sancının başlaması ilə xəstəxanaya gələn qadının körpələrindən birinin başı doğum kanalında göründüyündən normal doğum icra olunub. Diğəri isə dönməməkdə inad etdiyi və ürək döyüntülərində distress başladığı üçün təcili keysəriyyə əməliyyatı həyata keçirilib. 3200 qr və 3400 qr çəkidə iki oğlan uşağı dünyaya gəlib.

Aygün Musayeva