Bakıda IV "HESTOUREX" Dünya Sağlamlıq Turizmi sərgisinin açılış mərasimi baş tutub.
Medicina. az xəbər verir ki, açılış mərasimində Azərbaycan və Türkiyənin rəsmi qurumlarının nümayəndələri və rəhbərləri, tibb işçiləri, turizmçilər və media mənsubları iştirak edib. Türkiyəli qonaqlar bildiriblər ki, təsadüfi deyil ki, ilk dəfədir Türkiyədən kənarda keçirilən HESTOUREX" Dünya Sağlamlıq Turizmi sərgisi Azərbaycan Respublikasında baş tutur.
İyunun 23-24-ü "Baku Crystal Hall"da, daha sonra B2B görüşlər şəkilində keçiriləcək sərgidə 22 Avropa ölkəsi daxil olmaqla, dünyanın 65-dən çox ölkəsindən 1000-dən çox sağlamlıq turizmi təşkilatı qatılıb.
Sərgi zamanı bir sıra panellər və xüsusi təqdimatlar nümayiş olunacaq.
Tədbirdə dünyanın nüfüzlu turizm agentlkləri, səhiyyə turizmi üzrə dövlət və özəl sektorun rəsmi nümayəndələri iştirak edib.
Onlardan Aktüel Expo yönətim başqanı Mehmet Okan Kaya, Türkiyənin özəl xəstəxanalar və sağlıq qurumları dərnəyinin rəhbəri Raşat Bahat, Azərbaycan Həmkarlar İttifaqları konfederasiyasının vitse-prezidenti Əbil Ağasıyev, Türkiyə Cumhuriyyəti Cumhurbaşkanlığı layihə yönətim rəhbəri Ali Murat Öndər və başqaları çıxış edib.
Sərgi rəsmi olaraq Azərbaycan Dövlət Turizm Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası tərəfindən dəstəklənir.