Bakıda doğuş prosesini izləyən atanın ürəyi getdi - VİDEO
Bakıda doğuş prosesini izləyən atanın ürəyi getdi - VİDEO
2023.10.27 19:34
5824 Baxış
Artıq bir müddətdir Azərbaycanda dəbdə olan atanın da doğuş və ya keysəriyyə əməliyyatında iştirakı prosesi bir çox kişilərdə ağır travmatik iz qoyur. Güclü cinsin nümayəndələri izlədikləri mənzərədən şoka düşür.
"Medicina" xəbər verir ki, Bakıda özəl klinikada keysəriyyə əməliyyatına girib, həyat yoldaşına dəstək olan gənc kişinin halı pisləşib.
Ginekoloq ana bətnindən yeni çıxarılan körpəni ataya göstərən kimi onun huşu gedib və arvadının əlini buraxaraq, yerə yıxılıb.
Tibbi personal isə ananı buraxaraq, atanı özünə gətirməklə məşğul olub.
Sevincli anlar lentə alınarkən bu məqam da videoya çəkilib.
Əməliyyat otağına heçkimi buraxmaq lazım deyil məncə. Doğum zalına da həmçinin.