Bakıda anadan olmuş Rusiya yazıçısı İlya Ştemler Sankt-Peterburq şəhərində, 89 yaşında vəfat edib.
Medicina.az TASS-a istinadən xəbər verir ki, onun ölüm səbəbi koronavirus infeksiyası (COVID-19) olub.
Qeyd edək ki, İlya Ştemler 1933-cü ildə Bakıda, Rus Dram Teatrının əməkdaşı Pyotr Ştemlerin ailəsində anadan olub. O, texniki təhsil alsa da özünü ədəbiyyata həsr edib. “Qalmaq üçün getmək”, “Taksi parkı", "Univermaq", "Arxiv” və başqa əsərlərin müəllifidir.