Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda doğulan bu uşağın ürəyi sağdadır - FOTO

  • 2019.11.22 15:42
  • 4595 Baxış
Bakıda doğulan bu uşağın ürəyi sağdadır -  FOTO
Bakıda ürəyi sağda olan körpə doğulub.

 

Medicina.az xəbər verir ki, anomaliya halı ilə bağlı atası Rəşad Rüstəmov məlumat verib. O bildirib ki, oğlu Sirat Fərhad avqustun 22-də dünyaya gəlib. 3 aylıq körpədə müxtəlif sağlamlıq problemləri var ki, ailənin maddi vəziyyəti xərcləri qarşılayacaq durumda deyil:


"Uşağın ürəyi sağdadır, ürəkdə 7mm və 5mm diametrli böyük və bir neçə kiçik dəliklər var. Bu dəliklərdən dolayı qan düzgün paylanmır və ağ ciyər stabil qan almadığından durğunluq yaranır, ağ ciyər iltihab verməyə başlayır. Nəticədə uşaq toplanmış bəlğəm kütləsindən boğulmağa, təngənəfəs olmağa başlayır və pnevmaniya olaraq reanimasiyaya yatır. Artıq bir dəfə Klinik Ölüm keçirib.


Tezliklə ürəkdən əməliyyat olmasa, dəfələrlə pnevmaniya səbəbindən antibiotiklər almaqdan ciyərlər sıradan çıxacaq. Bunlarla yanaşı uşağda qrija və digər problemlər var”.


Rəşad Rüstəmovun sözlərinə görə, artıq əməliyyatı öz üzərinə götürən həkim də var: Əməliyyat üçün 20-25 min manat tələb olunurdu. Maddi yardım üçün ictimaiyyətə müraciət ünvanladım və "Uşaqların xoşbəxt gələcəyi” qeyri-hökumət təşkilatının rəhbəri Nərgiz Babayevanın köməkliyi ilə Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin uşaq ürək cərrahı, tibb elmləri doktoru Elnur Həsənovla tanış olduq və həkim əməliyyatı üzərinə götürdü. Hazırda uşaq reanimasiya şöbəsindədir və əməliyyata kimi 1 həftə, 10 gün orada qalmalıdır. Hər günə min manata yaxın pul çıxdığından kampaniyanı dayandırmamışam. 5 minə yaxın pul yığılıb və daha 5 minə ehtiyac var”.


Körpəyə dəstək olmaq üçün Milliön vasitəsi ilə, Kapital bankı seçib bu nömrə vasitəsilə hesabı artıra bilərsiz: 4169 7413 7063 3461


Rəşad Rüstəmovla əlaqə nömrəsi: 0559414103

 


 


 


 

Bakıda doğulan bu uşağın ürəyi sağdadır -  FOTO
Bakıda doğulan bu uşağın ürəyi sağdadır -  FOTO
Bakıda doğulan bu uşağın ürəyi sağdadır -  FOTO
Bakıda doğulan bu uşağın ürəyi sağdadır -  FOTO